Almaniyada Münhen Konfransı çərçivəsində Entoni Blinken milli təhlükəsizliyə təhdid yaradan ərazi sərhədlərinin pozulması məsələlərini Vanq Yi ilə səmimi şəkildə müzakirə edib.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken və Çinin baş diplomatı Vanq Yi ABŞ üzərində Çin hava şarının düşməsindən sonra Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ilk görüşlərini keçiriblər. Bu barədə "Kyodo News" da xəbər yayıb. Blinken və Vanq Yi Münhendə keçirilən beynəlxalq konfransın kənarında bir saata yaxın danışıblar, lakin tərəflər arasında fikir ayrılığı barədə razılığa gəlməyiblər. Belə ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price-ın verdiyi açıqlamaya görə, Blinken Çin şarının "ABŞ-ın suverenliyi və beynəlxalq hüququn qəbuledilməz şəkildə pozulmasını" gündəmə gətirərək, "bu məsuliyyətsiz hərəkətin heç vaxt təkrarlanmaması lazım olduğunu" vurğulayıb. Və Amerika tərəfi bildirib ki, çinli yüksək səviyyəli diplomatla görüş zamanı Blinken Vaşinqtonun ABŞ-ın dəyərlərini və maraqlarını israrla müdafiə edəcəyini, lakin Pekinlə münaqişə istəmədiyini və yeni soyuq müharibəyə can atmadığını vurğulayıb.
Xatırladaq ki, ötən günü "NBC News Meet the Press"-ə verdiyi müsahibədə Blinken Wang-ın ABŞ üzərində qanunsuz hava şarının uçuşuna görə hələ də üzr istəmədiyini söyləmişdi. ABŞ dövlət katibi həmçinin bildirib ki, araşdırma ilə bağlı insident Çinin beş qitədə 40-dan çox ölkəyə yayılan nəhəng şar müşahidə proqramını “dünyaya üzə çıxarıb”. 

Tezadlar.az bir daha xatırladır ki, bundan əvvəl ABŞ prezidenti Co Baydenin administrasiyası dövlət katibi Entoni Blinkenin Pekinə səfərini onun hava məkanında Montanadakı nüvə obyektləri üzərində yüksək hündürlükdə uçan Çin müşahidə şarının aşkarlanmasından sonra təxirə salmaq qərarına gəlmişdi.

Qalmaqal isə davam edir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN