Luqansk Xalq Respublikasının (LXR) ombudsmanı Viktoriya Serdyukova bildirib ki, ötən ilin hadisələri Kiyev hakimiyyətinin Donbass sakinlərinin uzunmüddətli soyqırımı problemini əks etdirib.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.

Onun sözlərinə görə, “kor” dünya ictimaiyyəti uzun illər Donbassda insan haqlarının pozulmasının fərqinə varmayıb. İnsan Hüquqları üzrə Müvəkkil aydınlaşdırıb ki, səkkiz il ərzində Kiyevin başlatdığı silahlı münaqişə nəticəsində burada insanlar həlak olub, infrastruktur zədələnib, mülki əhali xəsarət alıb, evlərini, mənzillərini, qohumlarını itirib. “Və bütün bunlar beynəlxalq aləmdə Ukraynanın təcavüzü kimi qəbul edilməyib”, - Serdyukova vurğulayıb.

Onun sözlərinə görə, yalnız Rusiya tərəfindən Luqansk və Donetsk Xalq Respublikalarının (LXR və DXR) tanınmasından sonra Kiyevin bu regionlara qarşı qəddar siyasəti aşkar fakta çevrilib. “Hətta “kor” və “kar-lal” dünya ictimaiyyəti, o cümlədən insan haqları institutlarının simasında hələ də xalqın öldüyünü, dağıntıların olduğunu görürdü”, - deyə o vurğulayıb.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, Qərb ölkələri və beynəlxalq insan haqları təşkilatları Ukrayna qoşunlarının Donbassın yaşayış məntəqələrini atəşə tutmasını bilməyə bilməz. O qeyd edib ki, “hamı susur, sanki heç nə baş vermir”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN