Təbii fəlakət Türkiyədən əl çəkmir...

Belə ki, dünən axşam saatlarında Türkiyədə baş verən yeni zəlzələlər nəticəsində 5 nəfər həlak olub. CNN-Türk-ün canlı yayımından da görünürdü ki, zəlzələ nəticəsində 294 nəfər isə yaralanıb.
 Teztadlar.az xatırladır ki, ötən gün yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib. Zəlzələnin Suriya, İordaniya, İraq, Fələstin, İsrail və Misirdə də hiss olunduğu bildirilir.

Türkiyə bu ayın 6-da baş vermiş dəhşətli zəlzələnin zərərlərini aradan qaldırmamış baş verən dünənki zəlzələ əlavə problemıərə yol açıb. İndiyədək bu zəlzələlərdən həlak olanların sayı 42 mini keçib. Yüz minlərlə yaralanan, milyonlarla ev- eşiyi dağılmış insanlar var.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN