Bu gün Kabilin mərkəzində partlayış baş verib. Bu barədə yerli mənbələrə istinadən “Hasht-e Subh” qəzeti məlumat yayıb.

Məlumata görə, insident yerli vaxtla saat 10:40-da məscidin yaxınlığında baş verib.

Tolo News telekanalı Kabil polis idarəsinin katibi Xalid Zadrana istinadən məlumat verib ki, şəxsi avtomobilə yerləşdirilmiş maqnit minası partlayıb.

Zadranın sözlərinə görə, partlayış nəticəsində ölən olmayıb, hadisənin baş vermə şəraiti ilə bağlı araşdırma aparılır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN