Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiCarlo bildirib ki, dünya təşkilatı “Şimal axını”nda baş verənlərlə bağlı hesabatları müstəqil şəkildə yoxlamaq səlahiyyətinə malik deyil.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Bir daha bildirirəm ki, BMT bu insidentlərlə bağlı heç bir iddianı təsdiq və ya yoxlamaq iqtidarında deyil”, - DiCarlo deyib.

O, əlavə edib ki, təşkilat Danimarka, Almaniya və İsveçin birgə apardığı təxribatın halları ilə bağlı araşdırmanın nəticələrini gözləyir.

DiCarlo həmçinin bütün maraqlı tərəfləri təmkinli olmağa, spekulyasiyalardan qaçmağa və daha da gərginliyin qarşısını almaq üçün əsassız ittihamlardan çəkinməyə çağırıb.

Bundan əvvəl Rusiya Federasiyasının BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski Moskvanın “Şimal axını”nda baş verən partlayışlarla bağlı BMT-nin təhqiqatına başlamaq niyyətində olduğunu açıqlamışdı. O, qeyd edib ki, Rusiya Təhlükəsizlik Şurasında təşkilatın baş katibinin himayəsi altında boru kəmərlərində təxribatla bağlı təhqiqat aparılmasını təklif edən qətnamə layihəsini yayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN