Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Vanq Yi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə Moskvada aparılan danışıqların nəticələrinə görə Çin və Rusiya arasında yeni razılaşmalar gözlədiyini bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Mən sizinlə, əziz dostum, qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparmağa hazıram və artıq yeni razılaşmaların əldə olunmasını səbirsizliklə gözləyirəm”, - diplomat eyham vurub.

Bundan əvvəl Vanq Yi Sergey Lavrovu inandırmışdı ki, istənilən postunda Rusiya ilə münasibətləri dərinləşdirmək üçün səy göstərəcək. O, fevralın 21-də Moskvaya gəlib və artıq Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN