Bu gün fevralın 24-də axşam saatlarından başlayaraq Daşkəsən rayonuna güclü qar yağıb.
Daşkəsən RİH -nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev (Vüqarlı) "Təzadlar"a bildirirb ki, hazırda rayon ərazisində intensiv qarın yağması və şaxtalı hava şəraiti davam edir. "...Yağan qarın qalınlığı Daşkəsən şəhərində 35-40 santimetr, daha yüksəklikdə yerləşən dağ kəndlərində 55-60 santimetrə çatıb. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin tapşırığına uyğun olaraq şəhərarası yollarda və səkilərdə, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda mütəmadi olaraq qarın təmizləməsi işləri aparılır, qum-duz qarışığı səpilir.  Elektrik enerjisinin, qaz təchizatının və içməli suyun verilişində fasilələr yaranmamışdır. Rayonun bütün idarə, müəssisə və xidmət sahələri işlərini hava şəraitini nəzərə almaqla qurur".
Xatırladırıq ki, hazırda Bakıda da soyuq və suslu qarlı hava davam edir. Bölgələrimizdə də yağıntılı hava müşahidə olunur, dağlıq ərazilərə güclü qar yağıb...
Elçin MƏMMƏDLİ
qar-das-2
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN