Türkiyədə zəlzələdə ölənlərdən biri öz dəfni zamanı qəfildən “dirildi”.

Bu hekayə Expat Guide Turkey tərəfindən dərc edilib.

Bir neçə gün əvvəl Əhməd əl-Mağribi çökən binanın dağıntıları altından çıxarılıb. Həkimlər kişinin öldüyünü bildiriblər.

Əhmədin meyiti meyitxanaya aparılıb ki, yaxınları gəlib şəxsiyyətini müəyyən etsinlər. Bundan sonra kişinin ailəsi dəfn mərasiminə hazırlaşmağa başlayıb.

Lakin mərasim “dirilmə” ilə başa çatıb - Əhməd tabuta qoyulmaq üzrə olanda canlanıb.

Kişinin yaxınları baş verənlərdən şoka düşüblər. Əhmədi xəstəxanaya göndəriblər. İndi o, müalicəyə davam edir və artıq özünü yaxşı hiss edir.

Xatırladaq ki, fevralın 6-na keçən gecə Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə iki güclü zəlzələ baş verib. Son məlumatlara görə, 44 mindən çox insan kataklizmin qurbanı olub.

Bundan əvvəl Qərb iqtisadçıları dəymiş ziyanı hesablamışdılar. Hesablamalara görə, dağıdıcı zəlzələlər nəticəsində ölkə iqtisadiyyatı 84 milyard dollar itirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN