Macarıstanın xarici işlər naziri Peter Siyarto Aİ ölkələrinin Rusiyanın nüvə sənayesinə qarşı sanksiyalar tətbiq etmək istədiklərini bildirib və bunu etməyə çalışacaqlarını qeyd edib.

Bu barədə RİA Novosti xəbər verib.

O, Qərbin Moskvaya qarşı onuncu sanksiya paketini təqdim etməsini şərh edərək, ölkənin Rusiya nüvə sənayesinin məhdudiyyətlər altına düşməsinin qarşısını almaq üçün səylər göstərdiyini və bunun bir sıra dövlətlər tərəfindən fəal şəkildə dəstəkləndiyini vurğulayıb.

“Bu, heç vaxt razılaşmayacağımız bir şeydir. Bu cür maddələr hər hansı sanksiya tədbirlərinə daxil edilərsə, biz mütləq veto qoyacağıq”, - XİN rəhbəri bildirib.

Bundan əvvəl Siyarto bildirib ki, Budapeşt “Şimal axını” qaz kəmərlərində baş vermiş təxribatla bağlı hərtərəfli araşdırma aparılmasının tərəfdarıdır. O, baş verənləri qalmaqallı adlandırıb və boru kəmərlərinə edilən hücumu terror hücumu kimi dəyərləndirməyə çağırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN