Maraqlıdır ki, son vaxtlar Rusiya vətəndaşlarının daha çox pənah gətirdiyi Gürcüstanda bəzi insanlar da Avropaya üz tutur...

Məsələn, 2022-ci ildə 29 min Gürcüstan vətəndaşı Aİ və Şengen zonasına üzv ölkələrdən sığınacaq üçün müraciət edib. Tezadlar.az Gürcüstan Dövlət Statistika Departamentinə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqı Sığınacaq Agentliyinin hesabatında qeyd olunub. Bildirilib ki, bu da 2008-ci ildən indiyədək ən yüksək göstərici hesab olunur. Təşkilatın məlumatına görə, 2008-ci ildən ən çox müraciət edənlər arasında Gürcüstan vətəndaşları ilə yanaşı, türklər, venesuelalılar, kolumbiyalılar və banqladeşlilər də var.
Qeyd edək ki, 2021-ci ildə Gürcüstanın 14 970 vətəndaşı Aİ və Şengen zonasına üzv dövlətlərdən sığınacaq üçün müraciət edib. Lakin onların neçəsinə sığınacaq statusu verilib, bəlli deyil. 

Ən maraqlısı budur ki, Rusiya vətəndaşları Gürcüstana meyilləndiyi bir vaxtda, Gürcüstan vətəndaşları isə ölkəni tərk etməyə çalışır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN