Xarici işlər naziri Mövlud Çavuşoğlu Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Szijarto ilə birgə mətbuat konfransı keçirib.

Tezadlar.az xəbər verir ki, Xarici işlər naziri Çavuşoğlu açıqlamasında "NATO üzvlüyü ilə bağlı öhdəliklər var. Bu addımları görmədən İsveçin NATO üzvlüyünə "hə" deməyimiz mümkün deyil. 3-cü memorandumun ünsürlərinin icra edilib-edilmədiyinə baxılacaq. Orada 2 görüş olmuşdu, Quran yandırma aksiyasından sonra 3-cü iclası təxirə saldıq: 3-cü iclasın Brüsseldə keçirilməsi faydalı olardı. Martın 9-da dəqiqləşəcək. Onlar açıq şəkildə görsünlər ki, İsveç öz öhdəliklərini yerinə yetirməyib", - Çavuşoğlu deyib.

NƏ OLUB?

Türkiyə yanvar ayında Stokholmda Quran yandırma aksiyalarından sonra İsveç və Finlandiya ilə Daimi Birgə Mexanizmin qeyri-müəyyən müddətə dayandırıldığını eşitmişdi. Yanvarın 24-də açıqlanan bu qərardan sonra fevralda üçüncü dəfə keçirilməsi planlaşdırılan mexanizm iclasını ləğv edib.

Çavuşoğlu Blinkenlə keçirdiyi mətbuat konfransında İsveç və Finlandiya ilə danışıqların yenidən başlayacağını bildirib: “Türkiyə olaraq İsveç və Finlandiyadan gözləntilərimizi dəyərləndirdik. Qarşıdakı dövrdə isə daimi komissiyanın iclası Brüsseldə baş tutacaq. Dostlarımız orada atılan addımları NATO-dan olan dostlarla şəffaf şəkildə qiymətləndirmək imkanı əldə edəcəklər”.

Qeyd edək ki, iyunun 28-də NATO-nun Madrid Zirvə toplantısında Türkiyə, Finlandiya və İsveçin imzaladığı Üçtərəfli Memorandum çərçivəsində yaradılmış Daimi Birgə Mexanizmin ilk iclası avqustun 26-da Finlandiyanın paytaxtı Helsinkidə keçirilib. Noyabrın 25-də İsveçin paytaxtında ikinci görüş Stokholmda keçirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN