Xəbər verdiyimiz kimi, Avstriyanın paytaxtı Vyana şəhərindəki məşhur Heldenplatz meydanında Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı aksiya keçirilib.

Tezadlar.az 24News.ge-yə istinadla bildirir ki, aksiyaya 31 ölkənin 74 şəhərindən gələn 1000 nəfərdən çox soydaşımız, icma üzvləri, diaspor təşkilatlarının təmsilçiləri və dost xalqların nümayəndələri qatılıblar. Baş tutan geniş aksiyada Gürcüstandan da 9 nümayəndə iştirak edib. Tbilisidə fəaliyyət göstərən "Alyans” Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynova və Beynəlxalq Hüquq Mərkəzinin rəhbəri Əli Bədirov aksiyada gürcü dilində çıxış edərək dünya ictimaiyyətinə Xocalıya dair həqiqətləri mitinq iştirakçılarına çatdırıblar. Onlar Gürcüstanı təmsil etdiklərini və Gürcüstanla Azərbaycan bayraqlarını dalğalandırdıqlarını və Xocalı faciəsini əks etdirən şüarlar yazılmış plakatlar nümayiş etdirdiklərini bildiriblər. Marneulidəki "Azərbaycan Evi"nin direktoru Məhəbbət İmanov isə Ümumavropa "Xocalıya Ədalət!" mitinqini Avstriyanın paytaxtı Vyana şəhərində yüksək səviyyədə təşkilən edən bütün təşkilatçılara öz adından və "Azərbaycan Evi" adından dərin minnətdarlığını bildirib. İmanov, Xocalı qətliyamını törədənlər törədikləri əmələ görə cinayətə cəlb olunana qədər harada yaşamağımızdan asılı olmayaraq Xocalı soyqırımına ədalət tələb edəcəyimizi bildirib.

*** 

Dünya ictimaiyyəti gec də olsa erməni cəlladlarının Xocalıda törətdikləri vəhşiliyi tanımaqdadır. Bu bir daha göstərir ki, ermənilər insanlığa uyğun gəlməyən əməllər sahibidir, insanlığın düşmənidir... Hətta faktdır ki, Xocalıda təkcə Azərbaycanlılar deyil, həm də 80-ə yaxın əliyalın Məshəti türkü qətlə yetirilib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN