Xalq arasında Aşıq Muşqulat kimi tanınan Elnur Mahmudov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təşkili Şöbəsinə təyinat alıb. O, "XəzərTV"nin şou aparıcılarından olan "Zaur-5X5" verilişində çıxış edirdi. Sosial mediada onun aşıqlara uyğun gəlməyən məzəli geyimdə efirə çıxması sərt tənqid edilirdi. Amma hamı bilirdi ki, onun bu çıxışı yumor xarakterli idi.
Beləliklə, "Aşıq Muşqulat" bir müddət əvvəl "Yol polislərinin başına fırlanım" adlı mahnı oxumuşdur. Hətta o da var ki, "Dado" adlı repçi "YPX" mahnısına görə, saxlanılmış, məhkəmənin qərarı ilə 10 gün azadlıqdan məhrum edilmişdi.
Bəli, həyatdır, Elnur Mahmudovun Yol Polisində vəzifə tutması yaxşı əlamətdir. Məsələn, ABŞ-ın 40-cı prezidenti (1981–1989) Ronald Reyqan kinoaktyor, sonra Kaliforniya ştatının qubernatoru olaraq Amerika Birləşmiş Ştatlarının prezidenti seçilmişdir. Kino karyerası ərzində 54 filmdə çəkilmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. 
Bundan başqa, Ukraynanın prezidenti Zelenski də kinoaktyor olub, amma indi Rusiya kimi bir böyük hərbu arsenallı ölkə ilə müharibədədir, dirəniş göstərir...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN