Ötən gecə saatlarında Rusiya Federasiyasının Krasnodar diyarının Tuapse şəhərində partlayışlar baş verib, ardınca “Rosneft” neft emalı zavodunda yanğın baş verib.

Tezadlar.az "Meduza" rus nəşrinə istinadla bildirir ki, zavodda partlayış olub və ardınca ikinci partlayış səsi gəlib, yaxınlıqdakı evlərin pəncərələri sınıb. Tuapse şəhərinin Administrasiyası rəsmi açıqlamasında isə yazır: “Hörmətli Tuapse şəhərinin sakinləri, neft bazası ərazisində gecə gurultusu ilə bağlı aşağıdakılar məlumdur: 28 fevral 2023-cü il tarixində saat 02:15-də yanğın barədə məlumat daxil olmuşdur. Neft bazasının ərazisindəki yardımçı tikili, saat 02:30-da yanğın 200 m2 sahədə lokallaşdırılıb, saat 03:00-da yanğın tam söndürülüb".

“Baza”nın məlumatına görə isə, neftayırma zavoduna iki pilotsuz təyyarə hücum edib. Neft anbarının yanındakı qazanxananın binasına ziyan dəyib. Yeməkxananın istilik sistemi zədələnib. Partlayışdan sonra dərinliyi bir yarım metr olan iki çala əmələ gəlib.

Rusiyanın hərbi komandanlığı isə pilotsuz uçuş aparatlarının hücumu barədə hələki şərh vermir, amma araşdırma aparıldığı bildirilir.

Xatırladırıq ki, belə hücumlar bu yaxınlarda da olmuşdu. İranın SEPAH qərərgahı da dronların hücumuna məruz qalmışdı... Şübhələr isə İsrail və Ukraynaya gedir...

ELÇİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN