Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib ki, bir sıra Qərb ölkələrinin nümayəndə heyətləri G20 gündəliyi üzərində işləyərkən fars təşkil ediblər.

Rusiya diplomatiyasının rəhbəri Qərb ölkələrinin nümayəndələrinin nalayiq davranışına görə həmkarlarından üzr istəyib.

“Onlar iqtisadi siyasətdəki uğursuzluqlara görə məsuliyyəti başqalarının üzərinə, ilk növbədə Rusiyaya həvalə etmək cəhdi ilə G20 gündəliyi ilə bağlı işi farsa çevirdilər”, - nazir əlavə edib.

O, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə məhəl qoymayan və Rusiyaya qarşı döyüşmək üçün Ukraynanı silahla təmin edən ölkələrin diplomatlarının xüsusilə seçildiyini vurğulayıb.

Lavrov Qərbin ikili standartlarına da işarə edib. Rusiyalı nazir xatırladıb ki, bu ölkələrin diplomatları ABŞ-ın milli təhlükəsizliyini təmin etmək bəhanəsi ilə Yaxın Şərqdə başlanmış Amerika təcavüzünün yüz minlərlə qurbanına məhəl qoymayıblar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN