Rusiya prezidenti Vladimir Putin martın 2-nə planlaşdırılan Pyatiqorsk səfərini ləğv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Mətbuat katibi Stavropol diyarına səfərin baş tutmayacağını, ancaq dövlət başçısının onlayn rejimdə Müəllim ilinin açılışı ilə bağlı tədbir keçirəcəyini bildirib.

"Putin mentor məktəbinin pilot təhsil proqramının iştirakçıları ilə görüşəcək, lakin məlum səbəblərə görə bunu videokonfrans vasitəsilə edəcək", - Peskov bildirib.

Qeyd edək ki, martın 1-də Kreml prezidentin Şimali Qafqaz Federal Dairəsinə səfərini elan edib. Martın 2-də Putin “Müəllim və mentor” ilinin açılış mərasiminin keçirilməli olduğu Pyatiqorskdakı “Maşuk” Bilik Mərkəzinə getməli idi.

Fevralın əvvəlində Putin Arxangelsk vilayətinə uçdu və burada Ulyanovsk ağac emalı kompleksinə baş çəkdi. Elə həmin ay dövlət başçısı Stalinqrad döyüşündə qələbənin 80-ci ildönümü günü Volqoqradda idi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN