1993-cü ildə Ermənistan qoşunlarının işğalından sonra doğma yurdundan didərgin düşən zəngilanlıların həyatında yeni mərhələnin başlanğıcıdır...

Belə ki, artıq bir müddətdir Zəngilan sakinləri hissə-hissə doğma yurdlarına qayıdırlar. Təbii ki, bundan sevindirici və qürurlu heç nə ola bilməz. Bu gün isə Zəngilanın Ağalı kəndinə daha 44 nəfərdən ibarət 10 ailənin köçürülməsi  baş tutacaq. Bu insankarın sevinci bütün Azərbaycanın xoş ovqatına köklənib. Azərbaycan işğal edilmiş yurdlara yeni qayıdışın təntənəsi yaşayır. Bu, əslində. işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”ın növbəti mərhələsi deməkdir. uğurla həyata keçirilir. Bundan əvvəl isə daha 50 nəfərlik 10 ailə fevralın 28-də Ağalıya köçürülüb. “Böyük Qayıdış” layihəsi çərçivəsində Zəngilan rayonu Ağalı kəndinə köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi daha ağır şəraitdə yaşayanlardır. Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və s. çalışacaqlar.

Qayıdışın mübarək, Azərbaycan!

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN