ABŞ Maliyyə Nazirliyi dünya ictimaiyyətini və biznesi anti-Rusiya sanksiyalarına əməl etməməyin mümkün nəticələri ilə hədələyib. Onlar bir çox kommersiya şirkətlərinin ABŞ-ın məhdudiyyətlərinə əhəmiyyət verməməsindən ciddi narahatdırlar.

Tezadlar.az xəbər verir ki, sahibkarlar öz əsl adlarını və məqsədlərini gizlətməklə fiqurlardan istifadə edir və beləliklə, Rusiya ilə əməkdaşlığı davam etdirirlər.

ABŞ rəsmilərinin sözlərinə görə, əksər firmalar Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçib: “2022-ci ilin iyul-noyabr ayları arasında onlar ölkəmizə 18 milyon dollardan artıq məhsul ixrac ediblər”.

Embarqonu pozanları hansı cəza ilə təhdid etdiyini nazirlik dəqiqləşdirməyib. Bəlkə də buna səbəb ABŞ nümayəndələrinin dünya ictimaiyyətinə təsir rıçaqlarının getdikcə daha az olduğunu başa düşmələridir.

CNN daha əvvəl Rusiya yanacağının hələ də kölgə bazarında satıldığını bildirmişdi. İddialara görə, müəmmalı donanma Rusiyanın sanksiyalarından yan keçməyə kömək edir.

K.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN