Gürcüstandan Türkiyəyə yardım aparmış təyyarə oradaca satışa çıxarılıb və satılıb...

Bəs bu necə baş verib? Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, 2011-ci il oktyabrın 23-də Vanda baş verən 7,2 bal gücündə zəlzələdən sonra zəlzələdən zərər çəkənlərə yardım üçün çadırlar aparan Gürcüstan təyyarəsi Ərzurum Hava Limanında satılıb. Türkiyə mətbuatı da yazır ki, həmin dövrdə gətirilən yük boşaldıldıqdan sonra təyyarə park edilib. Daha sonra zəlzələdən zərərçəkənlər üçün 31 ton ərzaq daşıyan Qırğızıstan təyyarəsinin qanadı Gürcüstan təyyarəsinin pilot kabinəsinə çırpılıb və nəticədə pilot kabinəsinə ziyan dəyib. Qəzadan sonra Qırğızıstana məxsus yük təyyarəsi yedəklə hava limanının dayanacağına aparılıb. Qəza ilə bağlı Türkiyə, Gürcüstan və Qırğızıstandan olan texniki qrup araşdırma aparıb. Təyyarəyə dəyən zərər sığorta şirkətləri tərəfindən aşkar edilib. Qəzadan təxminən bir ay sonra Qırğızıstan təyyarəsi sınıq qanadı təmir edildikdən sonra ölkəsinə aparılıb. 2011-ci ildən bəri Ərzurum Hava Limanında saxlanılan Gürcüstan təyyarəsinin satışına isə ötən il qərar verilib. Zədələnmiş təyyarə üçün fevralın 22-də keçirilən tenderə 30-a yaxın iddiaçı şirkət müraciət edib. Təxmini dəyəri 400 min lirəyə tenderə çıxarılan təyyarə üçün iddiaçılar müvəqqəti zəmanət olaraq 50 min lirə depozit qoyublar. Keçirilən tender nəticəsində təyyarə 1,5 milyon lirəyə Türkiyə şirkətlərinə satılıb.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN