Saxalində 4,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə martın 3-də Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Rusiya regionu üzrə filialından məlumat verilib.

“Martın 3-də saat 23.33-də (Moskva vaxtı ilə 15.33) 4.1 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Makarovski rayonunun Qornoye kəndindən 11 kilometr cənub-şərqdə yerləşib”, - Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova izah edib.

Onun sözlərinə görə, zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib. O əlavə edib ki, 3-4 bal gücündə zəlzələ Saxalin vilayətinin Makarovski rayonunun sakinləri tərəfindən hiss olunub.

Fevralın 27-də Qara dənizdə, Krım sahillərindən 25 kilometr aralıda yeraltı təkanlar qeydə alınıb. Respublika başçısının informasiya siyasəti üzrə müşaviri Oleq Kryuçkov bildirib ki, episentrdə maqnitudası üç bala qədər olan zəlzələ 15 kilometr dərinlikdə qeydə alınıb.

Avropadan Yeni Zelandiyaya qədər dünyanın müxtəlif yerlərində müxtəlif güclü zəlzələlər Türkiyədə on minlərlə insanın ölümünə səbəb olan bir sıra güclü təkanlardan sonra baş verir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN