Bu dəqiqələrdə ölkə parlamentinin hüquq komitəsi "Xarici təsir agenti" haqqında qanun layihəsini müzakirə etməkdədir.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, qanun layihəsi komitə iclasında müxalif deputatların, parlamentin qarşısında isə vətəndaş cəmiyyətinin etirazları fonunda müzakirə edilir. Parlamentin giriş qapıları önünə toplaşan etirazçılar "Rus qanununa yox", "Rus qanunu Gürcüstanın seçimi deyil" kimi şüarlar səsləndirirlər. Qeyri Hökumət Təşkilatları, müstəqil ekspertlər, media qurumları hesab edirlər ki, sözügedən qanunun qəbulu ölkədə fərqli fikirləri boğmağa yönəlib və Gürcüstanın Avropa inteqrasiyasına öz mənfi təsirini göstərəcək. Qeyd edək ki, fevralın 14-də “Xalqın gücü” hərəkatı tərəfindən parlamentə təqdim edilmiş “Xarici təsirlərin şəffaflığı haqqında” qanuna əsasən illik gəlirinin 20 faizdən çoxunu xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan, Gürcüstan vətəndaşı olmayan qurum və şəxslərdən əldə edən və dövlət tərəfindən təsis edilməyən media orqanları və QHT-lər hər ilin yanvar ayında Gürcüstandakı “xarici təsir agenti” kimi reyestrdən keçməli olacaqlar. Reyestrdən keçməyənlər 25 000 lari (9 500 dollar) cərimə ediləcəklər. Müstəqil ekspertlər qanunun qəbul ediləcəyi təqdirdə Gürcüstanda söz və mətbuat azadlığını məhdudlaşdıracağını, ölkənin Avro-Atlantik inteqrasiyasının qarşısını alacağını bildirirlər. ABŞ, Avropa İttifaqı, BMT və Gürcüstanın bir sıra beynəlxalq tərəfdaşları qanun layihəsini tənqid ediblər.

Tezadlar.az xatırladır ki, bu qanun layihəsi ilk gündən ABŞ-ın Gürcüstandakı səfiri tərəfindən sərt şəkildə tənqid edilib. Hətta səfir bu qanun qəbul edilərsə, Gürcüstanın indiyədək qazandıqlarını belə itirəcəyi kimi fikirlər də səsləndirib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN