ABŞ-ın Nyu-York ştatında konsert zamanı yaranan izdihamda bir nəfər ölüb, 8 nəfər yaralanıb.

Tezadlar.az xəbər verir ki, “Fox 8” telekanalının məlumatına görə, hadisə Roçester şəhərində baş verib.

Qeyd olunur ki, müğənni QloRilla və reper Finesse2tymes-in çıxışı zamanı tamaşaçılardan bəziləri atışma səslərini xatırladırlar. Qorxmuş insanlar çıxışa qaçdılar, izdiham başladı. 33 yaşlı qadın izdihamın arasında tapdalanıb. Xəstəxanaya çatdırılan 8 tamaşaçıdan ikisinin vəziyyəti ağırdır.

Hüquq-mühafizə orqanları konsertdə atışma olub-olmaması ilə bağlı heç bir sübutun olmadığını qeyd ediblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN