Praqa Ukraynaya hərbi yardıma görə minnətdarlıq əlaməti olaraq İsveçrədən “Leopard 2” tanklarını hədiyyə olaraq qəbul etməyə hazırdır.

Tezadlar.az xəbər verir ki, Çexiya Müdafiə Nazirliyinin sözçüsü David Jares bildirib. Onun bu fikrini Fransanın “Le Figaro” nəşri sitat gətirib.

“Biz İsveçrə tərəfi ilə tankların satışını müzakirə etməmişik. Əgər İsveçrə Ukraynaya köməyimizə görə minnətdarlıq əlaməti olaraq bizə “Leopard 2” tanklarını təklif etmək istəsəydi, şübhəsiz ki, buna etiraz etməzdik”, - o, isveçrəli həmkarı Viola Amerdin Çexiyanın guya tankların alınması üçün sorğu göndərməsi ilə bağlı bəyanatını şərh edib.

2022-ci ilin iyununda İsveçrə Almaniyaya Ukraynanın silah-sursatını artırmaq üçün 42 “Leopard 2” tankından istifadə etməyə icazə verdi. Əvvəllər İsveçrədə əməliyyat olunub, lakin 2010-2011-ci illərdə istismardan çıxarılaraq Almaniyaya qaytarılıb. Plana görə, AFR bu tankları Çexiyaya, Çexiya isə öz növbəsində Sovet dövründən qalma tankları Kiyevə verəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN