Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 94 gündür davam edir.

Tezadlar.az Şuşa Bülbül Ev Muzeyinin direktoru Fəxrəddin Hacıbəyliyə istinadla bildirir ki, havanın şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. "Bilirsiz ki, Şuşanın dağlarının başı qarlıdır, havalar olduqca şaxtalıdır. Bununla belə, aksiyaçı gənclər etirazlarını üç aydan çoxdur davam etdirirlər...".

Qeyd edək ki, həmişə olduğu kimi, ötən gecə boyu da heç bir insident baş verməyib,  etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər. Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Aksiya sonadək davamlı olacaq.

XƏYYAM

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA