Bu gün səhər saat 9:05-də Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Rusiyanın MiQ-31K təyyarəsi Belarusun Maçulişe aerodromundan havaya qalxıb. Bu barədə həm də Belarusun "Belarus Gayun" monitorinq qrupu məlumat paylaşıb. Belə ki, "Belaruskaya Qayun"un məlumatına görə, Rusiya Aerokosmik Qüvvələrinə məxsus MiQ-31K Belarusun Maçulişe aerodromunda havaya qalxaraq uçuşlar edib. Dünən martın 15-də isə Ukraynada üç dəfə hava xəbərdarlığı elan edilib. "Təcavüzkar ordu martın 14-də ukraynalıları da hava hədələri ilə terror edib. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri genişmiqyaslı həyəcan siqnallarının Rusiya Federasiyasının taktiki aviasiyasının fəaliyyəti, ballistik raketlərdən istifadə təhlükəsi və MiQ-31K qırıcısının uçuşları ilə əlaqədar elan edildiyini izah edib".

Müharibə isə davam edir. Sülh danışıqları isə dondurulub.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA