Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Qərbin Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarına reaksiyası Moskva və Minskin planlarına təsir etməyəcək.

"Belə reaksiya Rusiyanın planlarına təsir edə bilməz. Prezident şənbə günü verdiyi müsahibədə hər şeyi izah etdi", - Peskov bildirib.

Bundan əvvəl NATO Rusiya Federasiyasının hərəkətlərinin guya təhlükəli olduğunu bildirib.

Eyni zamanda, Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, bu qərar həm də Londonun Ukrayna Silahlı Qüvvələrini tükənmiş uranla mərmilərlə təmin etmək niyyətində olması ilə bağlıdır.

Putin qeyd edib ki, bu cür silahlar kütləvi qırğın silahlarına aid olmasa da, radioaktiv toz yaradır və buna görə də təhlükəli sayılır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA