Yerusəlimdə minlərlə nümayişçi İsrailin baş naziri Benyamin Netanyahunun iqamətgahına soxulub.

Tezadlar.az xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” məlumat yayıb.

Nəşrin məlumatına görə, izdiham polis səddini keçib və “Biz qorxmuruq!” - deyə qışqıraraq siyasətçinin evinin divarlarından 20 metr aralıda dayanıblar. Polis aksiyanın keçirildiyi ərazidə 58 mindən çox insanın olduğunu bildirib. Fövqəladə vəziyyətlə bağlı İsrail Təhlükəsizlik Xidmətinin (ŞABAK) rəhbərliyinə məlumat verilib.

Qeyd edək ki, martın 26-da 600.000-dən çox israilli məhkəmə islahatlarına qarşı etiraz aksiyası keçirib. Təl-Əvivdə etirazçıların sayı təxminən 300 min nəfər təşkil edib. Nümayişçilər hökumət binaları yaxınlığında toplaşaraq nəqliyyatın hərəkətini dayandırıblar.

Elə həmin gün İsrailin müdafiə naziri Yoav Qalantın məhkəmə islahatlarını tənqid etdiyinə görə vəzifəsindən azad edilməsi də məlum olub. Müdafiə idarəsinin rəisi ölkə hökumətini islahatı dayandırmağa çağırıb və bunun dövlətin təhlükəsizliyinə təhlükə yaratdığını vurğulayıb.

İslahat aparılarsa, parlament çoxluğu Ali Məhkəmənin hakimlərinin seçiminə nəzarəti ələ keçirəcək ki, bu da öz növbəsində Nazirlər Kabinetinin qərarlarını ləğv etmək hüququnu itirəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA