Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Belarus lideri Aleksandr Lukaşenkonun “hər iki tərəfdən qoşunların yerdəyişməsi və yenidən qruplaşdırılması hüququ olmadan” Ukraynada hərbi əməliyyatları dayandırmaq təklifini rədd edib.

"Yenə də bəndlər üzrə. İstənilən atəşkəs Rusiya Federasiyasının işğal olunmuş ərazilərdə qalmaq hüququ demək olacaq. Bu, tamamilə qəbuledilməzdir. Ukraynanın öz ərazisində qoşun və texnikanı istədiyi kimi hərəkət etdirmək hüququ var. Qəribə "sülhməramlılar" gülməli görünür”, – Podolyak Twitter-də Lukaşenkoya xitabən yazıb.

Xatırladaq ki, bu gün Belarus xalqına və parlamentinə müraciətlə çıxış edən ölkə prezidenti Aleksandr Lukaşenko bildirib ki, Ukraynada nizamlanma üzrə danışıqlara “sabah deyil, indi” başlamaq lazımdır.

“Birinci sual: nə etməli? Hamınız başa düşürsünüz və bilirsiniz ki, yalnız bir yol var: danışıqlar. İlkin şərt olmadan danışıqlar”, - Aleksandr Lukaşenko vurğulayıb.

“Hərbi əməliyyatların dayandırılmasını təklif etmək üçün risk etməyə çalışacağam. Hər iki tərəfdən qoşunların yenidən qruplaşması, yerdəyişməsi, silah və sursat, canlı qüvvə və texnika ötürmək hüququ olmadan atəşkəs elan etmək! Hər şey öldü, dondu!”, - deyə prezident barışıq təklifi verib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA