Gürcüstanda Tbilisinin tarixi mərkəzində yerləşən “Ambassador” mehmanxanası yanıb.

Tezadlar.az bu barədə Rustavi-2 telekanalına istinadən xəbər verir.

Məlumata görə, yanğın otelin yuxarı hissəsini əhatə edib, yanğın və xilasetmə xidmətləri hadisə yerindədir.

Hələ ki, yanğının səbəbi məlum deyil. Rustavi-2-nin məlumatına görə, binada olanların hamısı təxliyə edilib.

Qeyd edək ki, martın 24-də Türkiyədə yeddimərtəbəli oteldə yanğın baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər yaralanıb. Otel İstanbulun şərq kənarında yerləşirdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA