Suriyada İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) orada hərbi məsləhətçi vəzifəsində çalışan zabiti dünyasını dəyişib.

Tezadlar.az xəbər verir ki, bu barədə Tasnim Xəbər Agentliyi təşkilatın ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat yayıb.

İran təşkilatının bəyanatında deyilir: “Suriyada hərbi müşavir vəzifəsində çalışmış zabit Milad Heydəri sionist rejimin Dəməşq ətrafında həyata keçirdiyi cinayətkar hücum nəticəsində şəhid olub”.

İran İslam İnqilabı Keşikçiləri Korpusu beynəlxalq təşkilatların “sionist rejimin təcavüzkar hərəkətləri və Suriyanın suverenliyi və ərazi bütövlüyünü daim pozması” ilə bağlı fəaliyyətsizliyini pisləyir.

Bundan əvvəl İsrailin Dəməşqin ətrafına raket hücumu nəticəsində iki suriyalı hərbçi yaralanıb. Suriya Müdafiə Nazirliyi İsrailin bir neçə raket atdığını və Suriyanın hava hücumundan müdafiə (AD) sistemlərinin bəzilərini vurduğunu bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA