Yaponiyanın Moskvadakı səfirliyi koronavirusun yayılmasının qarşısının alınması çərçivəsində mayın 8-dən ölkəyə girişlə bağlı bütün məhdudlaşdırıcı tədbirlərin ləğvinin rusiyalı turistlərə də şamil olunduğunu təsdiqləyib.

Tezadlar.az xəbər verir ki, Yaponiya diplomatik nümayəndəliyindən bu gün bildiriblər ki, "Giriş məhdudiyyətlərinin aradan qaldırılması rusiyalı turistlərə də aiddir. PCR testinin nəticəsi lazım olmayacaq".

Bundan əvvəl Yaponiya Xarici İşlər Nazirliyi ölkə hakimiyyətinin mayın 8-dən etibarən COVID-19 ilə əlaqədar ölkəyə girişə qoyulan bütün məhdudiyyətləri aradan qaldıracağını açıqlamışdı.

Hal-hazırda, sərhədi keçərkən, ÜST tərəfindən təsdiqlənmiş COVID-19-a qarşı üç dozalı peyvənd sertifikatı və ya belə olmadıqda, Yaponiyaya yola düşməzdən 72 saat əvvəl keçirilmiş koronavirus üçün mənfi testin sertifikatı təqdim etməlisiniz. Bütün digər tələblər və məhdudiyyətlər, o cümlədən karantin Yaponiya hökuməti tərəfindən keçən il ləğv edilib.

Eyni zamanda, mayın 8-də şərti olaraq “yoluxucu xəstəliklərin genomik müşahidəsi” adlanan prosedura başlanılacaq ki, onun məqsədi epidemik vəziyyətin və xaricdən yeni infeksiyaların axınının monitorinqi olacaq. Xarici İşlər Nazirliyi hələlik onun təfərrüatlarını açıqlamayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA