"Azərbaycan hazırda dünyada minalar ilə ən çox çirklənmiş ölkələrdən hesab olunur."
***
Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günüdür.
Vətən müharibəsindən sonra 288 vətəndaşımız Ermənistanın işğal müddətində basdırdığı minaların qurbanı olub, onlardan 50-si həyatınıı itirib.
Bunu iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib.
O, diqqətə çatdırıb ki, Ermənistan hələ də Azərbaycan ərazisində mina basdırmağa davam edir.
"30 illik işğal müddətində Azərbaycan ərazilərində 1 milyona yaxın mina basdıran Ermənistan yenə də qeyri-leqal olaraq Qarabağa mina daşıyır. Laçın rayonunda aşkar edilən və 2021-ci il Ermənistan istehsalı olan minalar bunu bir daha təsdiq edirdi.
Ərazimizin bir hissəsinin uzun müddət işğalda qalması nəticəsində Azərbaycan hazırda dünyada minalar ilə ən çox çirklənmiş ölkələrdən hesab olunur. Yalnız Füzuli rayonunda işğal dövründə 100 minə yaxın minanın basdırıldığı güman edilir", -deyib.
Vüqar Bayramov indiyədək Qarabağ ərazuisinin 15 %-nin minalardan təmizləndiyini və təkcə 2021-ci ildən bu təmizləmə işlərinə 67 milyon manatdan çox vəsait ayrıldığını bildirib.
"Minadan təmizləmə prosesi sürətlə davam etdirilir. Qarabağda ərazilərin 15 faizindən çoxu minalardan təmizlənib. Yalnız 2021-ci ildə minadan təmizləməyə dövlət büdcəsindən 67 milyon manatdan çox vəsait ayrılıb. Bu il 40 min hektardan çox ərazinin minalardan təmizlənməsi planlaşdırılır. Bütövlükdə, 2026-ci ilədək Qarabağ və Şərqi Zəngəzurda minalardan təmizlənəcək ərazilərimizdə 150 mindən çox vətəndaşımız məskunlaşacaq", - millət vəkili qeyd edib.
Bəli, ermənilərin mina terroru davam edir. Həm də bütün dünyanın gözü qrşısında. Amma bunu Ermənistan kimi təcavüzkar ölkəyə havadarlıq edən dövlətlər "görmür" və "eşitmir"...
Qeyd edək ki, elə iki gün öncə də Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu minaya düşərək həlak olub.

Hadisədən sonra Azərbaycan Xarici İşlər Nazirliyi  Tvitter hesabından beynəlxalq ictimaiyyətə müraciət edib.

Bildirilib ki, Azərbaycanlılar Ermənistanın basdırdığı minalar nəticəsində ölməkdə və şikəst olmaqda davam edir.

Qeyd edilib ki, martın 2-də də bir hərbi qulluqçu minanın partlaması nəticəsində həlak olub. 2020-ci il müharibəsinin sonundan bəri 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həyatınıı itirib. Beynəlxalq ictimaiyyət Ermənistanın yaratdığı mina təhlükəsindən narahatlığını ifadə etməlidir. 

Dünya isə hələ də kar və laldır...

JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA