Bu gün Qəbələ rayonunun Mıxlıqovaq kəndində şəhid Babazadə Elşən Sahib oglunun anım günü keçirilib.

Bu barədə TEZADLAR.AZ-a Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Qəbələ rayon şöbəsinin rəhbəri Təranə Alməmmədova məlumat verib.

Elşən Babazadə 2022 - ci il sentyabr ayının 13-də  "Qisas" antiterror əməliyyatı həyata keçirilərkən şəhid olub.

Qeyd edək ki, tədbirdə rayon icra hakimiyyətinın nümayəndələri, Şəki və Zərdab rayonlarından dəvət edilmiş şəhid ailələri, zabitlər, qazilər, DAMM-ın  birinci vitse-prezidenti Ruhiyyə Poladova, DAMM-ın Ekspertlər Şurasının sədri Nəzakət Əhmədova, müxtəlif ictimai təşkilatların rəhbərləri, kənd tam orta məktəbinin şagirdləri və digərləri iştirak ediblər.

d

 Əvvəlcə şəhidin məzarı önünə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.

Daha sonra Şəhidin rəsmini çəkmiş şağirdlər həmin şəkilləri şəhid bacılarına təqdim ediblər. Məktəblilər şeirlər söyləyib, kompozisiya nümayiş etdiriblər. Tədbir iştirakçıları Şəhidin adına ucaldılan abidə-kompleksi də ziyarət ediblər.

d

DAMM rəhbəri Ruhiyyə Poladova şəhid Elşən Babazadənin atasına fəxri diplom təqdim edib.

r

Sonda Şəhidin ruhuna ehsan verilib.

Allah Şəhidlərimizə rəhmət eləsin!

 

Təqdim etdi: JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA