ABŞ-ın sabiq prezidenti Donald Tramp ittihamlar üzrə həbs edilib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə "CNN"  xəbər verib.

Qeyd edək ki, Trampın həbsi ABŞ tarixində yüksək vəzifədə olmuş şəxsin həbs edildiyi ilk hadisə sayılır. ABŞ-ın keçmiş prezidenti 33 maddə ilə ittiham olunur

Tramp Manhetten rayon prokurorluğunun ofisinə gəlib və orada nəzarətə götürülüb. Amerika qanuni proseduruna uyğun olaraq, o, ittiham olunmaq üçün məhkəməyə çıxarılana qədər həbsdə olacaq. CNN qeyd edir ki, keçmiş prezidentin əlləri qandallanmayacaq, lakin onun barmaq izi alınacaq.

Tramp həbs olunmazdan əvvəl özünün TruthSocial sosial şəbəkəsində post paylaşıb.

“Mən Aşağı Manhettendə məhkəmə binasına gedirəm. Çox sürreal görünür - vay, məni həbs edəcəklər. Mən bunun Amerikada baş verdiyinə inana bilmirəm. MAGA! (Amerikanı Yenidən Möhtəşəm Et)”, - deyə o yazıb.

Xatırladaq ki, Trampa qarşı qaldırılmış məhkəmə işi 2016-cı il seçki kampaniyası zamanı 2006-cı ildə evli Trampla münasibəti barədə susduğuna görə pornoulduz Stormi Denielsə 130 min dollar ödəməsi ilə bağlıdır.

 JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA