Kremlin ölüm hökmünə qoyulan moratoriumun ləğvi məsələsində mövqeyi yoxdur. Bu mövzu orada müzakirə olunmur.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Müxtəlif dövrlərdə bu (ölüm hökmü məsələsi – RED.) qaldırılır, lakin indiyədək bu məsələ ilə bağlı heç bir qərar verilməyib", - Kremlin rəsmi nümayəndəsi jurnalistlərlə keçirdiyi brifinqdə əlavə edib.

Daha əvvəl Dövlət Dumasının deputatı Aleksey Çepa bu mövzuda çıxış edib. O, lenta.ru-ya müsahibəsində qeyd edib ki, bəzi siyasətçilərin edam cəzasını qaytarmaq çağırışları terror aktları riskinin artması qorxusu ilə bağlıdır. Lakin parlamentari hesab edir ki, bu məsələ çox mürəkkəbdir və Rusiya cəmiyyəti buna müstəqil qiymət verməlidir.

Öz növbəsində, Federasiya Şurasının Konstitusiya Komitəsinin sədri Andrey Klişas ölüm cəzasına qoyulmuş moratoriumun ləğvinin yalnız yeni konstitusiya qəbul ediləcəyi təqdirdə mümkün olduğuna diqqət çəkib.

K.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA