Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, Vaşinqton Ukraynadakı münaqişədə “ilişib” və seçkilərdə qalib gələcəyi təqdirdə Moskva ilə Kiyev arasındakı qarşıdurmanı həll edəcəyinə söz verib.

“Bayden və Kamala bizi Ukraynadakı müharibəyə soxdular və indi bizi oradan çıxara bilmirlər. Bacarmazlar. Mən ona baxdım: “Çıxacağıq, çıxacağıq, çıxacağıq”. O, (Bayden) bunu üç ildir deyir”, - Tramp bildirib.

Tezadlar.az xəbər verir ki, Respublikaçı ABŞ-ın “münaqişədə ilişib qaldığını” vurğulayıb və seçkidə qalib gələrsə, tərəflər arasında danışıqlar aparacağına və böhranı həll edəcəyinə söz verib. Onun sözlərinə görə, Vaşinqton bu münaqişədən çıxmalıdır.

Tramp daha əvvəl demişdi ki, Ukraynanın Rusiya regionuna hücumu yeni dünya müharibəsinin hər zamankindən daha yaxın olduğunu nümayiş etdirir. O, həmçinin qeyd edib ki, Rusiya ordusu qış şəraitində döyüş əməliyyatlarının aparılmasında mükəmməl təcrübəyə malikdir.

Öz növbəsində, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, ABŞ Ukraynadakı münaqişədə iştirakını artırmağa meyl göstərir. O, ABŞ-ın Ukrayna münaqişəsində birbaşa iştirak etdiyini, baxmayaraq ki, bunun əksini iddia etməyə çalışdığını vurğulayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA