İstanbulun Avropa hissəsində, Beyoğlu məhəlləsində 5 mərtəbəli tərk edilmiş bina uçub.

Tezadlar.az bildirir ki, aprelin 6-da bu barədə Türkiyənin DHA agentliyi xəbər verir.

Evin qismən çökməsi yerli vaxtla səhər saat 6:30 radələrində (Bakı vaxtı ilə 7:30) şəhərin mərkəzində, Karaköy dənizkənarı məhəlləsində, Kəməraltı küçəsində baş verib. Hadisə nəticəsində beton parçaları yola düşüb. Bundan sonra binanın yerləşdiyi küçə nəqliyyatın və piyadaların hərəkəti üçün bağlanıb.

Agentliyin məlumatına görə, saat 14:50-də binanın fasadı güclü səs-küylə uçub. Binada təmir işləri aparıldığı bildirilir. Hadisə yerinə yanğınsöndürənlər, polis əməkdaşları, Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması idarəsinin (AFAD) əməkdaşları və böyük şəhər bələdiyyəsinin nümayəndələri göndərilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA