ABŞ prezidenti Co Bayden ABŞ-ın Belarus hakimiyyətinin nümayəndələrinə qarşı sanksiyalarını bir il müddətinə uzadıb.

Tezadlar.az xəbər verir ki, müvafiq fərman Ağ Evin saytında dərc olunub.

Amerika lideri sənədi iyunun 12-də imzalayıb və ABŞ Konqresinə bildiriş göndərib.

Qərarda bildirilir ki, “Belarus hökumətinin bəzi nümayəndələrinin və digərlərinin hərəkətləri və siyasəti ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhlükə yaratmaqda davam edir”. Bununla bağlı Bayden sanksiyalar rejimini bir il müddətinə uzadıb.

İyunun 8-də Britaniya hakimiyyəti Rusiyanın müttəfiqi kimi Belarusa qarşı yeni sanksiyalar paketini elan edib. Onlara əskinasların və maşınların, eləcə də “kimyəvi və bioloji silahların istehsalı üçün istifadə oluna bilən malların, texnologiyaların və materialların” ölkəyə ixracına qadağa daxildir. Bundan əlavə, indi Belarusdan Böyük Britaniyaya qızıl, sement, ağac və rezin idxal etmək qadağandır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN