Rusiyanın Qahirədəki səfiri Georgi Borisenko Misirin BRHÇC-yə (Braziliya, Rusiya Federasiyası, Hindistan Respublikası, Çin Xalq Respublikası və Cənubi Afrika Respublikası) qoşulmaq üçün müraciət etdiyini təsdiqləyib.

"Misir BRHÇC qrupuna qoşulmaq üçün müraciət edib, çünki BRHÇC-nin hazırda məşğul olduğu təşəbbüslərdən biri istər milli, istərsə də hansısa birgə valyutanın yaradılmasından asılı olmayaraq, ticarətin alternativ valyutalara maksimum köçürülməsidir. Misir bunda çox maraqlıdır. Diplomat TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, ümumilikdə Misir Rusiya ilə ticarət və digər iqtisadi əməkdaşlığın inkişafına böyük həvəs göstərir. "İndi bu ticarət əməliyyatlarında qarşılıqlı hesablaşmalar üçün yeni mexanizmlərin qurulması prosesi gedir", - səfir əlavə edib.

BRHÇC xarici işlər nazirlərinin görüşü iyunun 2-də Keyptaunda keçirilib. Burada həmçinin Qlobal Cənubun 12 dövlətinin xarici işlər nazirləri iştirak edib və assosiasiyaya qoşulmaq arzusunu bildiriblər. Bunlar Argentina, Banqladeş, Venesuela, Qabon, Konqo Demokratik Respublikası, Misir, İndoneziya, İran, Komor Adaları İttifaqı, Kuba, BƏƏ və Səudiyyə Ərəbistanıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN