Gürcüstanda parlamentlə prezident institutu arasında narazılıq baş verməkdədur...

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, parlament "Seçki kodeksi" və "Milli Bank haqqında" qanuna dəyişikliklərlər bağlı qanun layihələrini səsverməyə çıxarıb. Maraqlıdır ki, bu səsvermə zamanı hər iki qanun layihəsi qəbul olunub. Bununla da  parlament "Milli Bank haqqında" qanun layihəsi ilə bağlı prezidentin qoyduğu vetonu aşıb. Hakim partiyanın deputatları tərəfindən hazırlanmış qanun layihəsinə əsasən, Milli Bankın İdarə Heyətinə yeni icraedici vəzifə - birinci vitse-prezident vəzifəsi artırılacaq. Milli Bankın prezidenti olmadığı təqdirdə, onun səlahiyyətlərini birinci vitse-prezident həyata keçirəcək. Parlament həmçinin üçüncü oxunuşda "Seçki Məcəlləsi" və reqlamentində nəzərdə tutulan dəyişiklikləri dəstəkləyib. Yeni qanun layihəsi MSK sədri və üzvlərinin seçilməsi ilə bağlı kvorumun dəyişdirilməsini nəzərdə tutur. MSK sədri və üzvlərinin seçilməsi parlamentin tam tərkibinin səs çoxluğu ilə (76 səslə) baş tutacaq. Yeni qanun layihəsinə əsasən, prezidentin əvəzinə parlamentin sədri MSK sədri və MSK-nın profesional üzvlərinin seçilməsi ilə bağlı müsabiqə elan edəcək və bunun üçün müsabiqə komissiyası yaradılacaq. Hazırkı qanun layihəsi MSK sədri və üzvlərinin seçilməsi ilə bağlı 2/3 kvorumu nəzərdə tutur. Kvorum baş tutmadıqda isə sədr və üzvlər parlamentin tam tərkibinin səs çoxluğu ilə seçilir.

Artıq ölkə mediası da bunu parlamentlə prezident institutu arasındakı qarşıdurmanın tərkib hissəsi hesab edir. Hələki prezident bununla bağlı mövqeyini açıqlamayıb. Vəziyyət isə narahatlıq doğurmaqdadır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN