"Bütün dünya yadda saxlamalıdır ki, ZAES-də qəza baş verərsə, Çernobıldakından qat-qat pis olacaq".

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA)  baş direktoru Rafael Qrossi təhlükəsizlik vəziyyəti ilə əlaqədar Rusiya tərəfindən işğal olunmuş Zaporojye Atom Elektrik Stansiyasına (AES) planlaşdırılan səfərini təxirə salıb.

Bunu adı çəkilməyən ukraynalı məmur Reuters agentliyinə şərhində bildirib.

“O, ora təhlükəsiz çatcağı zamanı gözləyir”, - adının çəkilməsini istəməyən Ukrayna rəsmisi deyib.

Agentliyin həmsöhbəti Qrossinin atom elektrik stansiyasına nə vaxt gələcəyini açıqlamayıb.

Məlumata görə, ötən gün Qrossinin Kiyevdə danışıqlardan sonra stansiyaya baş çəkəcəyi gözlənilirdi, lakin diplomatik mənbə səfərin "bir neçə saat" gecikəcəyini bildirib.

Rusiya mətbuatında yayılan xəbərlərə görə isə,  Qrossi Zaporojye AES-ə cümə axşamı, yəni sabah səfər edəcək.

***

Məlumatlara görə, Zaporojye AES altı VVER-1000/320 tipli reaktora malikdir. Onların Çernobıl Atom Elektrik Stansiyasının (RBMK-1000) reaktorlarından çox fərqli olduğu deyilir. Belə ki, Zaporojye stansiyasının rektorları daha təhlükəsizdir, burada suyun işi fərqlidir.

Elektrik enerjisi istehsal etmək üçün turbinləri hərəkətə gətirən su yanacaq elementlərinin bilavasitə yaxınlığında olan sudan təcrid olunur. Ona görə də radiasiya ilə çirklənmir. Bu su çölə tökülərsə, ətraf mühitin radiasiya ilə çirklənməsinə səbəb olmayacaq.

 Ukrayna Milli Elmlər Akademiyasının AES-in Təhlükəsizlik Problemləri İnstitutunun baş elmi işçisi Yelena Parenyuk Hromadske açıqlamasında isə bildirilir ki, belə elektrik stansiyalar xarici təsirlərə davamlıdır. Onlar zəlzələlərə, tornadolara və hətta yüngül təyyarənin düşməsinə belə dözə bilirlər. Bununla belə, elektrik stansiyalarının dizaynları ağır silahlardan atəşə tutulmaq üçün nəzərdə tutulmayıb...

Yelena Paranyuk qeyd edir ki, dünyada belə qəzaların aradan qaldırılması təcrübəsi var. Ancaq Çernobıl qəzasına SSRİ-nin hər yerindən qüvvələr göndərildi. Əgər atom elektrik stansiyasında qəza baş verərsə, o zaman aktiv döyüş əməliyyatları şəraitində Ukraynanın qəzanı aradan qaldırmaq üçün kifayət qədər resursları olmaya bilər.

Bütün dünya yadda saxlamalıdır ki, ZAES-də qəza baş verərsə, Çernobıldakından qat-qat pis olacaq...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN