Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qərb Hərbi Dairəsinin (QHD) ixtisaslaşdırılmış radiolokasiya stansiyasının ekipajları tərəfindən döyüş növbətçiliyinin təşkilini yoxlayıb.

Tezadlar.az bildirir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyasının Müdafiə Nazirliyindən məlumat verilib.

"Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Qərb Hərbi Dairəsinin qoşunlarına işgüzar səfəri çərçivəsində kosmosa nəzarət sisteminin yeni obyektində döyüş növbətçiliyini yoxlayıb", - məlumatda deyilir. .

Hərbi idarə aydınlaşdırıb ki, Şoyqu kosmik obyektlərin kiçik ölçülü obyektlərinin aşkarlanması üzrə ixtisaslaşmış radiolokasiya stansiyasının ekipajları tərəfindən döyüş növbətçiliyinin təşkilini yoxlayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN