İsveçrənin Türkiyedəki səfiri Jan Daniel Rux  Türkiyə XİN-ə çağırılıb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb.

Buna səbəb Sürixdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkillərinin yandırılması olub.

Görüşdə səfir Ruxa prezident Ərdoğanı hədəf alan təxribat xarakterli addımların qəbuledilməz olduğu çatdırılıb,həmçinin hadisə ilə bağlı araşdırmaların aparılması və tez bir zamanda lazımi tədbirlərin görülməsi tələb olunub.

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini və partiya sözçüsü Ömər Çelik sosial media hesabında paylaşım edərək İsveçrədəki təxribatı pisləyib.

Ömər Çelik paylaşımında bu ifadələrə yer verib:“İsveçrədə terror təşkilatı PKK tərəfdarlarının Türkiye bayrağını və prezidentimiz Rəcəb Tayyib Ərdoğanı hədəf alan çirkin hücumunu qınayırıq''.

trt

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN