Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiyaya qarşı sanksiyalara görə Rusiya iqtisadiyyatında boşluq yoxdur.

Tezadlar.az xəbər verir ki, onun sözlərinə görə, bəzi istiqamətlər avtomatik olaraq digərləri ilə əvəz olunur.

Peskov qeyd edib ki, Rusiya təcrid olunmuş vəziyyətdə deyil.

“Burada boşluqlar yoxdur, iqtisadi məsələlərdə boşluq ola bilməz, əgər bəzi istiqamətlər bağlanarsa, o zaman avtomatik olaraq açılır, digər istiqamətlər daha sərfəli, gəlirli olur", - Peskov Birinci Kanalın efirində bildirib.

Bundan əvvəl Peskov onu da bildirmişdi ki, iyunun 16-da prezident Vladimir Putin Peterburq Beynəlxalq İqtisadi Forumu (PBİF) çərçivəsində BƏƏ lideri Məhəmməd bin Zayed Əl Nəhyanla görüşəcək.

Peskov qeyd edib ki, Rusiya Federasiyası Əmirliklərlə ticarət-iqtisadi tərəfdaşlığa yönəlib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN