Twitter istifadəçiləri Avropa Komissiyasının (AK) Ukraynaya dəstək fəaliyyətini tənqid ediblər.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazır.

Onlar avropalı məmurları korrupsiyada və korporativ mənfəət, pul və hakimiyyət uğrunda Ukrayna ilə Rusiya arasında münaqişəni qızışdırmaqda ittiham ediblər.

Əsl müharibə Avropa Birliyində “öz vətəndaşlarına qarşı” gedir, Aİ “yanmağa başlayanda siz də bizimlə yanacaqsınız” şərhlərdə yazılıb.

Bundan əvvəl məlum olub ki, Avropa Komissiyası Ukrayna üçün sursat istehsalına əlavə 1,5 milyard avro ayıracaq. Bunun bir milyard avrosu döyüş sursatı alınmasına, 500 milyonu isə Avropada istehsalını genişləndirməyə yönəldiləcək.

Eyni zamanda, AK bəyan edib ki, Ukraynanın Aİ-yə üzvlüyü üçün qısa yollar yoxdur və hətta danışıqlara başlamaq üçün Kiyev hakimiyyəti hələ də qanunun aliliyi və korrupsiya ilə mübarizə ilə bağlı bir sıra ilkin tələbləri yerinə yetirməlidir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN