Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində olublar. Dövlət başçımız Minnixanovla birgə elektromobillərlə Ağalı kəndini gəzərək sakinlər ilə səmimi söhbət ediblər.
Bu barədə Milli Məclisin depuataı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
O, xatırladıb ki, bu günədək Böyük Qayıdış çərçivəsində Zəngilanın Ağalı kəndinə ümumilikdə 86 ailə - 420 nəfər köçürülüb.
"Işğaldan azad olunan rayonlarımızda bərpa və yenidən qurma işləri sürətlə davam etdirilir. Gələn ilin əvvəlindən etibarən Füzuli, Ağdam və digər şəhərlərimizdə minlərlə vətəndaşımızın öz doğma və tarixi torpaqlarına qayıtması reallaşacaq. Füzuli və Ağdam şəhərlərində inşa edilən birinci massiv yaşayış binalarının ilin sonunadək tam hazır olması gözlənilir.
2026-ci ilədək isə Qarabağ və Şərqi Zəngəzurda 150 mindən çox vətəndaşımız məskunlaşacaq", - deyə V.Bayramov diqqətə çatdırıb.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN