Böyük Britaniyanın Telford şəhərinin sakini gələcək əri ilə öz toyunda tanış olub.

Tezadlar.az xəbər verir ki, bu barədə “Daily Mirror” məlumat yayıb.

Belə ki, 2011-ci ilin iyununda 46 yaşlı Kerri Svinton evlənərkən 110 qonağın dəvət olunduğu şənlik zamanı o, o vaxtkı ərinin dostu, hazırda 52 yaşlı Mark Teylorla tanış olub. Teylor hətta toy fotolarına da çəkilib.

Bir müddət sonra britaniyalı qadının evliliyi pozulub və 2015-ci ilin yanvarında boşanmaq üçün ərizə verib. Dörd ildən sonra qadın piano daşımaq üçün maşını olan sürücü axtarıb. Qadın təsadüfən sosial şəbəkələrdə Teylorun biznesinə rast gəlib. Onlar danışmağa başlayıblar.

Görüşdüklərindən bir həftə sonra britaniyalı Svintona bir buket gül gətirib və onu görüşə dəvət edib. Tezliklə onlar ailə qurmağa razılaşıblar və 2020-ci ilin noyabrında bir araya gəliblər.

E.ŞİRİNOV

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN