Kiyevin rayonlarının bir hissəsi işıqsız qalıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın “Klymenko Time” nəşri şəhər sakinlərinə istinadən yazır.

“Kiyevin bir çox ərazilərində işıq söndü, elektrik nəqliyyatı da dayanıb”, - nəşr bildirir.

Bağlanmanın səbəbi hələlik məlum deyil. Lakin bundan əvvəl nəşr Ukraynanın paytaxtında partlayışların səsləndiyini iddia etmişdi. Lvov və Çerkassı vilayətində də partlayışlar qeydə alınıb, 11 rayonda hava hücumu xəbərdarlığı elan edilib.

2022-ci ilin sonunda “Ukrenerqo” ölkənin enerji sektorunda fəlakətə yaxın vəziyyəti elan etdi, buna görə də elektrik enerjisinin tamamilə kəsilməsi halında belə bir plan hazırlandı. Və Ukrayna hakimiyyəti yenidən problemi Qərb vergi ödəyiciləri və biznes hesabına həll etmək qərarına gəldi - onlar dünyanın aparıcı enerji şirkətlərindən öz mənfəətlərini bölüşməyi xahiş etdilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN