Federal Təhlükəsizlik Xidməti (FTX) Nalçikdə Ukrayna xüsusi xidmət orqanlarına işləməkdə və Rusiyada casusluqda şübhəli bilinən 44 yaşlı Ukrayna sakinini saxlayıb. Operativ videogörüntülərdə FTX əməkdaşlarının Kabardin-Balkarda casusunu saxlaması əks olunub.

Tezadlar.az bildirir ki, Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən verilən məlumata görə, saxlanılan şəxsin USQ-nin göstərişi ilə hərəkət etdiyi müəyyən edilib. Xüsusilə, o, Xüsusi Hərbi Əməliyyat kontekstində Rusiyanın təhlükəsizliyinə qarşı istifadə oluna biləcək hərbi məlumatları toplayıb Kiyevdəki kuratora təhvil verib.

Rusiya FTX-nin istintaq orqanları Rusiya Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) ilə cinayət işi açıb.

Əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN