Ukrayna Silahlı Qüvvələrinin (USQ) əks-hücum əməliyyatı fonunda Rusiya böyük üstünlüyə malikdir.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bunu yaponiyalı deputat Muneo Suzuki deyib.

“Rusiyanın hədsiz üstünlüyünə heç bir şübhəm yoxdur”, - o deyib.

Suzuki əlavə edib ki, hərbi-sənaye kompleksi və Qərb mətbuatı münaqişənin uzadılmasından faydalanır.

Bundan əvvəl Yaponiyanın keçmiş baş naziri Yoşiro Mori bildirmişdi ki, Ukraynaya sərmayə qoymaq məsləhət deyil, çünki Rusiyanın bu münaqişədə uduzacağını təsəvvür etmək çətindir.

Rəsmi Tokio hazırkı baş nazir Fumio Kişidanın dövründə Rusiya istiqamətində siyasətini kökündən dəyişərək Qərbin Moskvaya qarşı sanksiyalarına qoşulub. Yaponiya tərəfi Kiyev rejimini dəstəkləyir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN